Amerika terrorizminin hədəfinə çevrilmiş bir əfsanə – Yəmənin şəhid lideri Hüseyn Əl-Husi-Foto

Amerika terrorizminin hədəfinə çevrilmiş bir əfsanə – Yəmənin şəhid lideri Hüseyn Əl-Husi-Foto

Seyid Hüseyn Bədrəddin Əl-Husi Yəmənin Ənsarullah hərəkatının qurucusu, düşüncəsi və inqilabı onilliklər boyu qlobal istismarın kabusuna çevrilən mübariz bir lider idi.

Dünyada müqavimət fəryadı olan böyük komandir idi və amerikalı terrorçular onu şəhid etməklə adını və xatirəsini əbədiləşdirdi.

“Əl-Məyadin” kanalını internet saytı sənədli reportajda Yəmənin Ənsarullah hərəkatının qurucusu Seyid Hüseyn Bədrəddin Əl-Husinin şəhadətinin ildönümünü müzakirə edib.

Bu xəbərdə inqilabçı liderin Yəmən cəmiyyətindəki fəaliyyəti ilə tanış olarkən, onun ABŞ və sionist rejimin təmsil etdiyi qlobal istismara qarşı fəaliyyətləri müzakirə ediləcək.

Şəhid Hüseyn Bədrəddin Əl-Husinin Yəməndəki fəaliyyətindən danışmaq istəsək, mütləq onun humanitar, sosial, mədəni və təhsil işlərindəki rolu və şəxsiyyətinin təfərrüatlarına toxunmalıyıq.

Şəhid Hüseyn Əl-Husi həmişə ölkənin mənafeyini, onun birliyini və təhlükəsizliyini qorumaq istəyən bir şəxs kimi meydana çıxdı.

O, hətta bir tərəfdən Konqres ilə islahat partiyaları, digər tərəfdən Konqres və Sosialist Partiyası arasında barışıq qrupunun üzvü idi.

Şəhid Hüseyn Əl-Husi Yəməndəki hadisələrin və proseslərin müharibəyə doğru getdiyini anlayınca, paytaxtı tərk edərək Səədə vilayətinə getmək qərarına gəlib. Bu, onun müharibəni rədd etməkdə prinsipial mövqeyi idi.

O, hakimiyyətin bu müharibəni qanuniləşdirmək üçün bütün parlament üzvlərinin paytaxt Sənanı tərk etməsinə mane olmaq əmrinə baxmayaraq, bu qərarı verib və hətta buna qarşı bir sıra nümayişlərə rəhbərlik edib.

Yəmənlilər arasında Seyid Hüseyn Bədrəddin əl-Husinin ləqəbi “Quran şəhidi”dir.

Yəmənin daxili hadisələri, Hüseyn Əl-Husinin daha geniş və əhatəli bir baxışı istiqamətində yaradılan bütün maneə və problemlər onun millət qarşısındakı məsuliyyətini aradan qaldırmadı.

O, ən görkəmli mütəfəkkir və inqilabçılardan və qlobal istismara qarşı müqavimətin müdafiəçilərindən biri olub. Hüseyn Əl-Husi asılılıq və təslim vəziyyətindən müqavimət və qarşıdurmaya keçmək tərəfdarı idi.

Bu düşüncələri və müqavimət ruhunu araşdırmaqla hər bir oxucu Seyid Hüseyn Bədrəddin Əl-Husinin sağlığında və hətta 1425-ci ilin 26 Rəcəb tarixinə (10 sentyabr 2004) təsadüf edən şəhadətindən sonra düşüncələrinin niyə hücuma məruz qaldığını yaxşı anlayacaq.

Bu, yəmənlilərin beyətlərini təzələmək, sədaqətlərini vurğulamaq və milləti səfərbər etmək üçün təyin etdikləri tarixdir. Özü də illərdir faydasız və məcburi müharibəyə məruz qaldıqları bir vəziyyətdə.

Hüseyn Əl-Husinin inqilabi planı Vaşinqton və Tel-Əvivi dəhşətə gətirən kabusa çevrilmişdi. O deyirdi:

“Biz susmayacaq və fəryad edəcəyik. Bəzilərimiz bir neçə partiyaya mənsub olsaq da, harada olmağımızdan asılı olmayaraq istismar müqabilində susmayacaq və fəryad edəcəyik. Biz yəmənliyik və hələ də müsəlmanıq. Biz susmamalıyıq, əksinə aktiv olmalıyıq.”

 “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları 17 yanvar 2002-ci ildə bütün Yəməndə eşidilən şəhid liderin fəryadı idi. Özü də bölgənin “terrorla mübarizə” adı altında həssas və təhlükəli şəraitdə olduğu bir vəziyyətdə.

Bu şüarlar onun Amerikanın hədəfinə çevrilməsinə səbəb oldu.

Onun bu addımı yeni müqavimət metodu və qlobal istismara qarşı fəryad səsi oldu. Həmin vaxtlar dünya Amerikanın Əfqanıstanı işğal etməsi qarşısında susur və sükut edirdi.

Onun düşüncə və şüarlarının o dövrdə və belə bir şəraitdə ortaya çıxması millətin səsini ifadə etdi və millətin daxili arenada Amerikanın (intellektual, mədəni, siyasi, hərbi, təhlükəsizlik və iqtisadi sahədə) hərtərəfli təsirinə qarşı müqaviməti gücləndirdi.

Bu düşüncə və fikrin ən mühüm cəhəti Amerikaanın addımlarına qarşı ictimai səfərbərliyin elan edilməsi, milli təfəkkür səviyyəsinin yüksəldilməsi ilə yanaşı, istismara təslim olan hökumətə qarşı xalqın üsyana qalxması idi.

Onun digər mövqeləri arasında Amerika və İsrail mallarının boykot edilməsi istismarçı qüvvələrə qarşı təsirli silah kimi təzahür etdi və istismarın iqtisadi gücünü zəiflətdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 9 =