Amerika və Fransa Yəməndən talan edilmiş neftlə terrorçulara dəstək verir

Amerika və Fransa Yəməndən talan edilmiş neftlə terrorçulara dəstək verir

Yəmən parlamentinin sədri bildirib ki, Amerika və Fransa Yəmənin talan edilmiş neftindən əldə edilən gəlirin bir hissəsini terrorçuları dəstəkləmək üçün ayırır.

Yəmən Parlamentinin Rəyasət Heyəti ABŞ və Fransanın ölkənin şərq və cənubunda şübhəli hərəkətlərini pisləyib.

“Vakalətus-Səhəfatil-Yəməniyyə” xəbər saytı Yəmən parlamentinin bəyanatına istinadən yazıb ki, Amerika nümayəndə heyətinin tez-tez “Əz-Zabə” limanına səfərləri, daha sonra isə ABŞ və Səudiyyə Ərəbistanı səfirlərinin bu limana səfəri diplomatik ənənəyə ziddir.

 “Əz-Zabə” Yəmən ordusunun keçən ay oktyabrın sonunda dron hücumlarının hədəfinə çevrildiyi limandır. Bu liman təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasının işğalı altındadır və oradan böyük miqdarda Yəmən nefti talanır.

Bu hücumlar neft yükü daşıyan gəminin gəlməsi ilə eyni vaxtda baş verib. İki milyon barrel xam nefti daşımaq üçün limana girən nəhəng bir gəmi bu hücumların hədəfinə çevrilib. Bu tanker Həzrəmovtun qərbindəki “Əl-Məsilə” yataqlarından yığılan nefti naməlum istiqamətə daşımaq niyyətində idi.

Yəmən Parlamenti daha sonra Amerikanın Sənanın bu ölkənin neftinin talan edilməsini dayandırması ilə bağlı qəzəbindən ikrah hissini ifadə edib və vurğulayıb ki, Amerika Yəməndə düşmən xalqları və ölkələrinin sərvətlərinin talan edilməsində təcrübəsini həyata keçirməyə çalışır.

Bu bəyanatda bildirilir ki, Amerika və Fransa Yəmənin talan edilmiş neftindən əldə edilən gəlirlərin bir hissəsini bu ölkədə təhlükəsizlik və sabitliyi pozmaq məqsədilə terrorçuları dəstəkləmək üçün ayırır.

Bu bəyanatda təcavüzkar Səudiyyə-BƏƏ koalisiyası Yəmənin sərvətlərinin talan edilməsinə qarşı xəbərdarlıq edilərkən, ABŞ-ın Yəmən neftinin öz iqtisadi maraqları üçün talan edilməsində əli olduğunu və mənfur niyyətlərini də nümayiş etdirir.

Yəmən parlamenti ABŞ-ın sadəcə olaraq bu ölkədə sülh istəyirmiş kimi davrandığını bəyan edib və aydınlaşdırıb ki, Vaşinqtonun hərəkətləri Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların vurduğu itkiləri kompensasiya etməkdir və Yəmənin resurslarını talamaqla onu kompensasiya etməyə çalışır.

Yəmənin bu qurumu ölkənin işğalçılar və təcavüzkarlarla qarşıdurma haqqını vurğulayaraq, insan haqları qurumlarından Səudiyyə rejiminin Yəmən və Afrika vətəndaşlarına qarşı törətdiyi cinayətlərə görə cəzalandırılmasını istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − one =