Amerika və İngiltərə bu gün Yəməni 13 dəfə bombalayıb

Amerika və İngiltərə bu gün Yəməni 13 dəfə bombalayıb

Bu gün (bazar ertəsi) Amerika və Britaniya təyyarələri Yəmənin müxtəlif bölgələrini, xüsusən də ölkənin qərbini 13 dəfə bombalayıb.

İRNA-nın Yəmən mətbuatına istinadən verdiyi məlumata görə, Amerika və Britaniya təyyarələri Yəmənin qərbindəki “Bacəl” şəhərinin “Əl-Əric” bölgəsini bombalayıb.

Bu gün günorta saatlarında Amerika və Britaniya təyyarələri Əl-Hədidə əyalətində yerləşən “Əs-Səlif” şəhərinin “Rəs İsa” bölgəsini hədəfə alıb.

Ötən günlərdə və həftələrdə Yəmənin müxtəlif bölgələri Amerika və İngiltərənin hücumlarının hədəfi olub.

Bu hücumlar Yəmənə sionist rejimə qarşı tətbiq edilən dəniz blokadasını dayandırmaq üçün təzyiq göstərmək məqsədi ilə həyata keçirilir.

İRNA-nın məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsindən sonra ABŞ və Böyük Britaniya yanvarın 11-i səhər saatlarında Yəmənin Ənsarullah mövqelərinə hücum edib.

Bu hücumlar Yəmən ordusunun Qəzza zolağında Fələstin xalqının müqavimətinə dəstək olaraq son aylarda Qırmızı dənizdə və Babəl-Məndəb boğazında işğal olunmuş ərazilərə gedən bir neçə sionist gəmini hədəf almasından sonra həyata keçirilib.

Yəmən ordusunun qüvvələri sionist rejim Qəzzəyə hücumlarını dayandırmayana qədər bu rejimin gəmilərinə və ya Qırmızı dənizdə işğal olunmuş ərazilərə gedən gəmilərə hücumlarını davam etdirəcəklərinə söz veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − nine =