Amerika və İngiltərə Yəmənin şimalını yenidən bombaladı
Yəmən mediası Amerika və Britaniya döyüş təyyarələrinin Səədə vilayətini üç dəfə bombalamasından xəbər verir.
İRNA-nın bugünkü (5 yanvar) məlumatına görə, bu hücumların təfərrüatları və mümkün itkilərin sayı barədə məlumat verməyib.
Yəmənin müxtəlif bölgələri, xüsusilə Hudeydə əyaləti son aylarda ABŞ və İngiltərənin təcavüzkar hücumlarının hədəfinə çevrilib.
Bu hücumlar sionist rejimə qarşı tətbiq edilən dəniz blokadasını dayandırması üçün Yəmənin milli hökumətinə təzyiq göstərmək məqsədi ilə həyata keçirilir.
Məlumata görə, BMT Təhlükəsizlik Şurasının qətnaməsindən sonra ABŞ və Böyük Britaniya ötən il (2024) yanvarın 21-i səhər saatlarında Ənsarullah Hərəkatının Yəməndəki mövqelərinə hücuma başlayıb. Bu hücumlar Yəmən ordusunun Qəzza zolağında Fələstin xalqının müqavimətinə dəstək olaraq Qırmızı dəniz və Bab əl-Məndəb boğazında işğal olunmuş ərazilərə gedən bəzi sionist gəmiləri hədəf almasından sonra həyata keçirilib.
Yəmən ordusunun qüvvələri sionist rejim Qəzzəyə hücumlarını dayandırmayana qədər bu rejimin gəmilərinə və ya Qırmızı dənizdəki işğal olunmuş ərazilərə gedən gəmilərə hücumlarını davam etdirəcəklərinə söz veriblər.