Amerika və İngiltərənin Yəmənin Əl-Hədidə əyalətinə təcavüzkar hücumları davam edir
Amerika və Britaniya döyüş təyyarələri Yəmənə qarşı təcavüzlərinin davamı olaraq Əl-Hədidə əyalətinin “Aşağı Əlcəh” bölgəsini növbəti dəfə bombalayıb.
İRNA-nın Əl-Məyadin-ə istinadən verdiyi məlumata görə, bu hücum bir neçə saat əvvəl Amerika və Britaniya döyüş təyyarələrinin Əl-Hədidə şəhərinin şimal-qərbindəki “Əs-Səlif”in “Rəs İsa” ərazisini növbəti dəfə bombardman etməsindən sonra baş verir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsindən sonra ABŞ və Böyük Britaniya yanvarın 21-i səhər saatlarında Yəmən Ənsarullahının mövqelərinə hücum edib.
Bu hücumlar Yəmən ordusunun Qəzza zolağında Fələstin xalqının müqavimətinə dəstək olaraq son həftələr ərzində Qırmızı dənizdə və Babəl-Məndəb boğazında işğal olunmuş ərazilərə gedən bir neçə sionist gəmini hədəf almasından sonra həyata keçirilib.
Yəmən ordusunun qüvvələri İsrail rejimi Qəzzaya hücumlarını dayandırmayana qədər bu rejimin gəmilərinə və ya Qırmızı dənizdə işğal olunmuş ərazilərə gedən gəmilərə hücumlarını davam etdirəcəklərini vəd edib.
Yəmən ordusunun qüvvələri Ədən körfəzi və Qırmızı dənizdə naviqasiyanın digər gəmilər üçün sərbəst və təhlükəsiz olduğunu vurğulayıb.