Amerika və İsrail Putin-Pezeşkian görüşündən narahatdır

 İran və Rusiya prezidentlərinin Türkmənistan görüşü ABŞ və sionist rejimin narahatlığına səbəb olub.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejim mediaları dünən (11 oktyabr) yazıb: Ukrayna müharibəsi başladıqdan sonra Rusiya beynəlxalq təcridə düçar oldu və nəticədə  Vladimir Putin Moskvanın İran, eləcə də Çin və Şimali Koreya ilə əlaqələrini dərinləşdirmək üçün addımlar atdı.

Məlumata görə İranın Rusiyaya dron satması və onlardan Ukrayna müharibəsində istifadə etməsi barədə yalan iddialarının davamında Amerikanın Putinin bu mövqeyini narahatlıqla izləyir.

Qeyd edək ki, Putin və Pezeşkianın danışıqları “Zamanlar və sivilizasiyaların qarşılıqlı əlaqəsi – sülh və inkişafın əsasıdır” beynəlxalq forumu çərçivəsində keçirilib. “Rusiya Prezidenti ilə danışıqlarımız oldu. Onlar təxminən bir saat davam etdi. Söhbət yenidən Rusiya ilə bağladığımız sazişlər və müqavilələrdən getdi. Bizim konstruktiv qarşılıqlı əlaqəmiz var. Biz qaz, yol və dəmir yolu tikintisi, suyun şirinləşdirilməsi və enerji, neft-kimya, elektrik təchizatı sahələrində digər layihələrin həyata keçirilməsini sürətləndirməyə razılaşdıq”, – Pezeşkian söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × one =