Amerika zəlzələdən zərər çəkmiş Suriya xalqından neft oğurluğuna davam edir

Amerika zəlzələdən zərər çəkmiş Suriya xalqından neft oğurluğuna davam edir

Suriya xalqı ölkədəki zəlzələnin nəticələri ilə mübarizə apararkən, Amerika hərbçiləri Suriya neftini oğurlamağa davam edir.

Bu gün (bazar ertəsi) Amerika əsgərləri Suriyadan oğurlanmış neft daşıyan bir neçə tankeri qaçaqmalçılıq yolu ilə İraqdakı bazalarına keçiriblər.

Suriyanın rəsmi xəbər agentliyi (SANA) ölkədəki yerli mənbələrə istinadən xəbər verib ki, Amerika işğalçı qüvvələri ölkənin şərqindən təzəlikcə Suriya neftini oğurlayıb.

Bu məlumata görə, Amerika hərbçiləri Həsakə əyalətinin şərqindəki (Suriyanın Şimal-Şərqi) Əl-Mahmudiyyə qanunsuz keçidindən İraqa neft daşıyan 34 tanker köçürüb.

Suriya xalqı bu ölkədə baş verən son zəlzələnin nəticələri ilə məşğul olarkən Amerika Suriya neftini İraqa qaçaqmalçılıq yolu ilə keçirib.

Suriya Neft Nazirliyi daha əvvəl verdiyi açıqlamada Amerika qüvvələri və onların muzdlularının Suriyanın şərqində işğal olunmuş ərazilərdən gündə təxminən 66 min barrel neft oğurladığını bildirib.

Amerika əsgərləri Suriyadan İraqa qaçaqmalçılıq yolu ilə yanacaq apardıqdan sonra, bu ölkənin neftini İraqın Kürdüstan bölgəsinin qara bazarında satır və bir hissəsini öz ehtiyacları üçün öz bazalarına köçürür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − six =