Amerikada Fələstinə dəstək aksiyasında onlarla etirazçı həbs edildi

Amerikada Fələstinə dəstək aksiyasında onlarla etirazçı həbs edildi

ABŞ mediaları Fələstinə dəstək aksiyası keçirən onlarla etirazçının həbs edildiyindən xəbər verirlər.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, dünən (16 noyabr) San Fransisko Qəzzədə atəşkəs tələb edən etiraz aksiyaçıları şəhərin bərə körpüsünün bir hissəsini bağlayıblar və polis tərəfindən onlarla vətəndaş həbs edilib.

Guardian qəzetinin məlumatına görə aksiya bu körpünün avtomobil tıxacı olan bir zamanda baş verib. Etirazçılar dünya başçılarından Qəzzədə bombardmanların durdurulması və atəşkəs rejiminin bərqərarını tələb ediblər.

Məlumata görə gün ərzində bu körpüdən 260 min avtomobil keçir. Həmçinin hal-hazırda San Fransisko Asiya-Sakit Oken İtqisadi Əməkdaşlıq sammitinin keçirildiyi yoldur.

Sosial mediada yayımlanan fotoşəkillərə əsasən, etirazçılar zəncirvari şəkildə əl-ələ verərək avtomobillərin qarşısını kəsiblər. onların əllərində “Soyqırıma Son” yazılmış plakatlar var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + fifteen =