Amerikalı diplomatın İran-Səudiyyə Ərəbistanı razılaşmasını pozmaq cəhdi

Amerikalı diplomatın İran-Səudiyyə Ərəbistanı razılaşmasını pozmaq cəhdi

ABŞ-ın Yəməndəki nümayəndəsi İranın Səudiyyə Ərəbistanı ilə razılaşmasına baxmayaraq, Yəmənə silah göndərdiyini iddia edib.

ABŞ-ın Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Timoti Landerkinq təhrif olunmuş məlumatlar təqdim edərək İran və Səudiyyə Ərəbistanı arasındakı razılaşmanı şübhə altına almağa çalışıb.

Landerkinq iddia edib ki, Səudiyyə Ərəbistanı ilə razılaşmaya baxmayaraq, İran bu ölkədəki münaqişələri qızışdırmaq üçün Yəmənə silah və narkotik keçirib.

Amerikalı diplomat iddia edib: “İranlılar bu münaqişədə silah və narkotik qaçaqmalçılığına davam ediblər və biz İran-Səudiyyə razılaşmasının faydalarına baxmayaraq, bu prosesin davam edəcəyindən çox narahatıq. Ona görə də düşünürəm ki, burada bir boşluq var və biz və onu nəzarətdə saxlamalıyıq.”

ABŞ hökumət rəsmiləri İran və Səudiyyə Ərəbistanı arasındakı razılaşmanı açıq arenalarda dəstəkləyiblər. Buna baxmayaraq, bəzi xəbərlər göstərir ki, “Co Bayden” administrasiyasının üzvləri pərdəarxası dairələrdə bundan, xüsusən də razılaşmanın Çinin yardımı ilə əldə edilməsindən narazılıqlarını ifadə ediblər.

Keçən ay (aprel) Wall Street Journal İran və Səudiyyə Ərəbistanı arasındakı razılaşmanın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Bernsi qəzəbləndirdiyini və bu məsələni Səudiyyənin vəliəhdi Məhəmməd bin Salmana çatdırdığını bildirmişdi.

“The Wall Street Journal” yazır ki, Burns Bin Salmana “ABŞ Ər-Riyadın hələ də Qərbin sanksiyaları altında olan Tehran və Suriya ilə barışmasından şokdadır.” – deyib.

Bir çox ekspertlər İran və Səudiyyə Ərəbistanı arasında Çinin paytaxtı Pekində əldə olunan razılaşmanı Amerika təsirinin azalması və beynəlxalq münasibətlərdə yeni eranın başlanğıcı kimi qiymətləndiriblər.

İran İslam Respublikası və Səudiyyə Ərəbistanı Çinin paytaxtı Pekində diplomatik əlaqələrin bərpası və səfirlik və agentliklərin açılması haqqında razılığa gəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + 5 =