Amerikalı ekspert: Netanyahunun kabineti region və dünya üçün təhlükədir

Amerikalı ekspert: Netanyahunun kabineti region və dünya üçün təhlükədir

Amerikalı ekspert və analitik professor Rafil Şaniski sionist rejimin hazırkı baş naziri Benyamin Netanyahunun ifrat sağçı kabinet siyasətini davam etdirməsini dünya sülhü və təhlükəsizliyinə təhdid kimi qiymətləndirib.

İRNA-nın məlumatına görə, Yaxın Şərq məsələləri üzrə ekspert və ABŞ-ın “Yuta” Universitetinin beynəlxalq siyasət professoru Şaniski bu şənbə günü Qətərin “Əş-Şərq” qəzetinə müsahibəsində vurğulayıb:

Benyamin Netanyahunun başçılıq etdiyi İsrail kabinetinin Qərb Sahilində fələstinlilərə qarşı zorakı və davamlı təzyiq aktları vasitəsilə ən radikal və ifrat İsrail seçki bazasına yaxınlaşmaq üçün siyasətini davam etdirməsi və həmçinin, tarixi vəziyyət dəyişdirmək üçün həddindən artıq qanunlar qəbul etməyə çalışması, İordan çayının qərb sahilini Fələstindən ayıraraq, fələstinlilərə qarşı köçkünlük siyasətini, repressiyaları, siyasi və maddi təzyiqləri gücləndirməsi və İslam və xristian müqəddəs yerləri ilə bağlı təxribat xarakterli aksiyaların davam etdirilməsi regionun və dünyanın təhlükəsizliyini təhdid edir.

O, əlavə edib: Knessetin (sionist rejimin parlamenti) ərəb üzvlərinin fələstinli məhbuslarla görüşməsinə mane olmaq və İsrail həbsxanalarında fələstinli məhbuslara qarşı davam edən təzyiqlərlə bağlı İsrail Nazirlər Kabinetinin hərəkətləri qəbuledilməzdir. İsrail müəssisələrinin bir çoxu, xüsusən də məhkəmə sistemi, birdən çox məsələdə Netanyahunun korrupsiyasını vurğulayıblar.

Həmçinin İsrail Nazirlər Kabinetinin və Netanyahunun (işğal olunmuş ərazilərdə) siyasətini pisləyən qəzəbli nümayişlərdən başa düşülürr ki, İsrailin siyasi böhranı və daxili uğursuzluğu artdıqca, zorakılıq səviyyəsi artır və nəticədə fələstinli qurbanların sayı çoxalır. Beləliklə, böhranı dərinləşdirən, danışıqlar və kompromis yollarını zəiflədən bu faciə təzələnir.

Bu amerikalı mütəxəssis vurğulayıb:

Heç bir şübhə yoxdur ki, əhəmiyyətli regional və beynəlxalq səylərə ehtiyac var və İsrailin bu zülmkar hərəkətlərinə son qoymaq üçün ciddi səylər olmadan qınama ilə məhdudlaşan hərəkətlər heç vaxt kifayət etməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five − 4 =