Amerikalı jurnalist Baydendən Netanyahunun strategiyasına təslim olmamasını istədi
Tomas Freedman dünən (14 noyabr) New York Times qəzetində bir məqalə yazaraq Co Bayden dövlətindən Qəzzə müharibəsinin necə bitirilməsi barədə baş nazir Netanyahunun strategiyasına uymamasını istəyib. Çünki hər şeyi darmadağın edə bilər.
Fars İnfromasiya Agentliyinin məlumatına əsasən, Tomas Freedmanın fikrincə Netanyahu ABŞ-ın bu müharibəni sonlandırmaq və Fələstin məsələsinin birdəfəlik həll olunması məsləhətləri ilə öz strategiyasını bir araya gətirməyə qadir deyil.
Əl Cəzirə telekanalının məlumatına əsasən, Freedman yazıb ki, Amerikanın yəhudi cəmiyyətlərinə dəstəkçi olan Baydendən bir sıra taleyüklü qərarlar almasını istəyib.
O, yazır: İndiki şəraitdə biz ya Netanyahunun strategiyasının əsiri olacağıq, onda hər şey məhv olacaq. Ya da müharibənin sonlanırılması haqda öz fikirlərimizi açıq-aşkar izah etməliyik.