Amerikalı millət vəkili Xan Yunisdə soyqırımı törədənlərin həbsini tələb edib
Amerikalı müsəlman millət vəkili sionist rejimin Xan Yunisdə törətdiyi yeni cinayəti və onun qarşısında dünya liderlərinin susqunluğunu bəyənilməz bir iş adlandırıb və Beynəlxalq Cinayət Məhkəməsində bu soyqırımı törədənlərin həbsinə orderlərin verilməsini tələb edib.
İRNA-nın məlumatına görə, Miçiqan ştatının ABŞ Nümayəndələr Palatasındakı bu demokrat nümayəndəsi Rəşidə Tlib bu gün (10 iyul) X sosial media hesabında yazıb: İsrail dəfələrlə Fələstinin dinc əhalisini hədəfə alıb və dünya liderləri bunu laqeydliklə izləyirlər.
Rəşidə Tlib daha sonra deyib: Bu, soyqırımdır. Mülki insanları hədəfə almaq müharibə cinayətidir. Beynəlxalq Cinayət Məhkəməsi, həbs qərarlarınız haradadır?