Amerikalı qanunvericilərin Sionist rejimi istehkamyaran bombalarla təchiz etmək planı

Amerikalı qanunvericilərin Sionist rejimi istehkamyaran bombalarla təchiz etmək planı

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Xəbər mənbələri çərşənbə axşamı günü bir sıra ABŞ millət vəkillərinin Sionist rejimin Amerika istehkamyaran bombalarla təchiz edilməsi üçün bir plan təqdim etmək istədiklərini bildirdi. Plan Nyu-Cersidən olan demokrat Josh Gottheimer və Respublikaçı Brayan Mast tərəfindən təklif edildi.

Məlumata görə, plan ABŞ Müdafiə Nazirliyinin Sionist rəsmilərlə məsləhətləşməsini və sonra ABŞ Konqresinə sionist rejimin müdafiə qabiliyyətləri və bu addımın strateji üstünlükləri barədə bir hesabat təqdim etməsini tələb edir.

Təklif sığınacaqlar və yeraltı beton bunker və qurğular kimi möhkəm yeraltı hədəfləri məhv etmək üçün istifadə olunan bombaların (Bunker Buster) ABŞ-ın razılığı olduğu təqdirdə, İsrailə təhvil verilməsini tələb edir.

Bundan əvvəl Sionist rejim Donald Tramp administrasiyasından bölgədəki hərbi üstünlüyünü qorumaq üçün F-22 döyüş təyyarəsini Vaşinqtondan güzəştlərlə istəmişdi.

İsrailin yüksək rütbəli rəsmiləri bildirir ki, Vaşinqton rəsmiləri BƏƏ-yə F-35 döyüş təyyarələri satmaqla dünyanın ən qabaqcıl döyüş təyyarəsi olan F-22 Raptor-un və digər inkişaf etmiş texnikaların İsrailə satışını çətinləşdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + six =