Amerikalı Senator: `Səudiyyə Hizbullahın Livandakı nüfuzu ilə barışmalıdır`

Amerikalı Senator: `Səudiyyə Hizbullahın Livandakı nüfuzu ilə barışmalıdır`

Demokrat senator Kris Mörfi ABŞ-ın Qərbi Asiya ilə bağlı mövqeyini, xüsusən də Səudiyyə Ərəbistanına dəstəyini tənqid edib.

Bu barədə Parstoday agentliyi məlumat yayıb. 

Onun sözlərinə görə, ABŞ  İranın Qərbi Asiya bölgəsində məhdudlaşdırılmasına üstünlük verməyi dayandırmalıdır. 

Senator hesab edir ki, ABŞ Qərbi Asiyadakı hərbi hüzuru, eləcə də Səudiyyə Ərəbistanı və BƏƏ-yə olan hərbi yardımını minimuma endirməlidir. 

“İran və Səudiyyə Ərəbistanının önümüzdəki on və ya iyirmi il ərzində bölgədə hansı gücə sahib olacağı ABŞ üçün nə qədər vacibdir? Sanki bu ABŞ üçün ekzistensional bir problem kimi davranırıq”, – Mörfi vurğulayıb.

Senatorun fikrincə, ABŞ və İran arasında müvəffəqiyyətli uzunmüddətli diplomatik razılaşma regiondakı gərginliyi azalda bilər.

Səudiyyə Ərəbistanının Livan və Hizbullahla bağlı mövqeyini tənqid edəb Kris Mörfi onları Hizbullahın Livanda nüfuzu ilə barışmağa çağırıb. 

Faktxeber

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × two =