Amerikalıların Neynəva əyalətində hərbi baza tikmək üçün gizli fəaliyyətləri

Amerikalıların Neynəva əyalətində hərbi baza tikmək üçün gizli fəaliyyətləri

İraq təhlükəsizlik mənbəsi Amerika əsgərlərinin Neynəva əyalətində hərbi baza tikmək üçün gizli fəaliyyətləri barədə məlumat verib.

Mehr Xəbər Agentliyinin Əl-Məluməyə istinadən verdiyi məlumata görə, İraq təhlükəsizlik mənbəsi Amerika işğalçı qüvvələrinin Neynəva əyalətində yerləşən Əl-Həzər bölgəsində hərbi baza tikmək niyyətində olduğunu açıqlayıb.

O, daha sonra əlavə edib: Amerika hərbçilərinin fəaliyyətləri Əl-Həzər bölgəsində hərbi baza tikmək üçün gizli şəkildə həyata keçirilir. Bu məsələ bu yaxınlarda amerikalıların Əl-Ənbar əyalətində Əynul-Əsəddən sonra ikinci hərbi baza tikmək niyyəti ilə bağlı məlumatların dərc edildiyi vaxtda baş verir.

Bu təhlükəsizlik mənbəyi vurğuladı: Bu yeni hərbi bazaların tikintisi ABŞ-ın bu ərazilərdə qalmaq planının bir hissəsidir.

Dünən İraq təhlükəsizlik mənbəsi elan edib ki, Amerika işğalçı qüvvələri Ənbarın qərbində, Hədisənin şimalında yerləşən Əl-Cəzirə bölgəsini geniş şəkildə izləyir.

O, daha sonra əlavə edib: Amerika işğalçılarının bu kəşfiyyat hərəkətləri Əynul-Əsəd Hərbi Hava Bazasından sonra Əl-Ənbarda ikinci hərbi bazanın tikintisi üçün zəmin yaratmaq məqsədi daşıyır.

Bu təhlükəsizlik mənbəyi açıqlayıb: Bu ərazi geniş neft və qaz yataqlarının və digər mədənlərin mövcudluğuna əsaslanaraq hərbi bazanın tikintisi üçün seçilib. Əl-Cəzirə bölgəsi İraqın tamamilə təhlükəsiz bölgələrindən biridir və uzun müddətdir ki, heç bir terror əməliyyatının şahidi olmayıb.

Məlumatlı İraq mənbələri daha əvvəl bildirmişdilər ki, Amerika işğalçıları nəinki İraqı tərk etmək fikrində deyillər, əksinə, Əynul-Əsəd bazası ətrafındakı torpaqları almaqla bu bazanı genişləndirməyə çalışırlar.

İraqın təhlükəsizlik məsələləri üzrə eksperti Əqil Ət-Tayi bir müddət əvvəl vurğulamışdı ki, Amerika hərbçilərinin bu ölkədə davamlı olması Vaşinqtonun maraqlarını, həmçinin terrorizmi dəstəkləməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 14 =