Amerikanın böyük şəhərlərində Fələstinə dəstək üçün kütləvi nümayişlər – Video

Amerikanın böyük şəhərlərində Fələstinə dəstək üçün kütləvi nümayişlər – Video

Los-Anceles və Nyu York kimi Amerikanın böyük şəhərlərinin küçələri şənbə günü Vaşinqtonun Tel-Əvivə dəstəyini pisləyən və İsrailin Fələstin xalqına qarşı işğalı və təcavüzünə son qoymağa çağıran kütləvi nümayişlərin şahidi olub.

Minlərlə insan şənbə günü (dünən) Amerikanın bir neçə əyalətinin böyük şəhərlərində nümayiş keçirərək, İsrailin işğalı və Fələstin xalqına qarşı təcavüzünə son qoyulmasını tələb edib və Amerikanın sionist işğalına dəstəyini pisləyib.

Əl-Məyadin-in məlumatına görə, Vaşinqton, Nyu-York, Çikaqo, Hyuston, Filadelfiya və San Dieqoda keçirilən mitinqlərə minlərlə insan qatılıb. Bu hesabata görə, Fələstin qurumları fələstinlilərin səsini ABŞ hökumətində qərar qəbul edənlərə çatdırmaq üçün insanları bu yürüşlərdə geniş iştiraka çağırıb.

Los-Ancelesdə keçirilən kütləvi nümayişdə iştirakçılar soyqırımın və Qəzzanın blokadasının dərhal dayandırılmasını tələb ediblər. Bu şəhərdəki mitinqlərin iştirakçıları Amerika Konqresi üzvlərindən Qəzza zolağında həyat şəraitinin pisləşməsinin qarşısını almaq və sionist rejimin Fələstin xalqına qarşı törətdiyi cinayətləri dayandırmaqla öz vəzifələrini yerinə yetirmələrini tələb ediblər.

“The Guardian” qəzetinin məlumatına görə, oktyabrın 7-də Fələstin müqavimət qüvvələrinin “Əl-Əqsa tufanı” əməliyyatına başlamasından sonra Amerikada Fələstin tərəfdarı fikirlərin yatırılması üçün çoxlu cəhdlər göstərilib.

ABŞ polisinin verdiyi məlumata görə, Nyu-Yorkun Bruklin şəhərində şənbə günü iştirakçıların Qəzzada atəşkəsə çağırdığı yürüş zamanı bir neçə nəfər naməlum ittihamlarla həbs edilib. Nyu-Yorkun Manhetten şəhərində cümə günü keçirilən etiraz aksiyaları zamanı 139 nəfər həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + thirteen =