Amerikanın F-35 qırıcı təyyarəsi qəzaya uğrayıb
Lockheed Martin şirkətinin sözçüsü deyib: Amerikanın beşinci nəsil F-35 B döyüş təyyarəsi Texas ştatındakı bazada sınaq uçuşu zamanı qəzaya uğrayıb.
İRNA-nın məlumatına görə, Lockheed Martin şirkətinin sözçüsü cümə axşamı gecə verdiyi açıqlamada bildirib: “Biz F-35 B qırıcısının Fort-Uortdakı Hərbi Dəniz Hava Stansiyasının Birgə Ehtiyat Bazasında qəzaya uğramasından xəbərdarıq və bilirik ki, Pilot qırıcıdan uğurla katapult edə bilib.”
Sözçü daha sonra əlavə etdi: Lockheed şirkəti bu hadisə ilə bağlı müvafiq araşdırma protokoluna əməl edəcək.
Amerika mediası F-35 B qırıcısının sınaq uçuşu həyata keçirdiyini yazıb.
Oktyabr ayında F-35 A qırıcı təyyarəsi ABŞ-ın Yuta ştatında Solt Leyk Siti yaxınlığındakı Hill Hərbi Hava Qüvvələri bazasında qəzaya uğramışdı.
ABŞ Müdafiə Nazirliyinin bu ilin sentyabr ayındakı hesabatına görə, F-35 qırıcıları ən bahalı hərbi sistemə malikdir.