Amerikanın Hizbullaha təkliflərinin pərdəarxası və Seyid Həsən Nəsrullahın efirə getməyən müsahibəsi

Amerikanın Hizbullaha təkliflərinin pərdəarxası və Seyid Həsən Nəsrullahın efirə getməyən müsahibəsi

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Amerikanın Hizbullahı ərəb mübarizəsi və sionist rejimin bərabərliyindən çıxarmaq təkliflərini açıqlayıb və Hizbullahın yuxarıda qeyd olunan təkliflərə qarşı olduğunu bəyan edib.

Seyid Həsən Nəsrullah bunu Əl-Məyadin telekanalının “Ərbəun və bəd” proqramının dördüncü buraxılışında Ğəssan bin Cədu ilə eksklüziv müsahibəsində bildirib.

Bu müsahibə təxminən 20 il əvvəl aparılıb və bu şəbəkə indi ilk dəfə olaraq Livanda Hizbullah təşkilatının yaranmasının 40-cı ildönümü və Seyid Həsən Nəsrullahın baş katib seçilməsinin 30-cu ildönümü münasibətilə yayımlayıb.

Seyid Həsən Nəsrullah bu müsahibəsində “2000-ci ildə Cənubi Livan və Qərbi Bəqa bölgəsinin azad edilməsindən sonra ABŞ-dan Hizbullahı ərəblər və sionist rejim arasında mübarizə tənliyindən çıxarmaq üçün bir neçə təklif aldığını” açıqlayıb.

Seyid Nəsrullah əlavə edib: Amerikanın o zamankı narahatlığı Hizbullahın İsrail işğalçı rejimi ilə mübarizə tənliyindən necə kənarlaşdırılacağına yönəlmişdi.

Hizbullahın baş katibi aydınlıq gətirib: Amerika tərəfi bizə deyirdi ki, siz Livanın cənubunu azad etdiniz və Şəba tarlaları məsələsi də diplomatik yollarla həll oluna bilər.

Seyid Həsən Nəsrullah deyib:

Bu təkliflər “İsrail işğalçı rejiminin həbsxanalarındakı livanlı məhbusların probleminin həlli və Hizbullahın siyasi rolunun və Hizbullahın Livan hökumətində mövcudluğunun tanınması və Livan hökumətinin yenidən qurulması üçün külli miqdarda maliyyə yardımının ödənilməsi ətrafında idi.”

O, əlavə edib: Amerika tərəfi bizə bildirib ki, Hizbullahın adı terror təşkilatları siyahısından çıxarılacaq və torpaqlarını azad edən, humanitar, sosial və təhsil müəssisələri olan bir qrup olaraq siz layiqli beynəlxalq mövqedən istifadə edəcəksiniz.

Seyid Nəsrullah qeyd edib: Amerika tərəfi də Hizbullahdan Fələstin intifazəsini tərk etməsini istədi, çünki o zaman Hizbullah intifazəyə maliyyə yardımı, silah dəstəyi və təlimlər verir və öz təcrübələrini Fələstin qüvvələrinin ixtiyarında qoyurdu.

Təbii ki, Seyid Həsən Nəsrullah bu müsahibəsində qeyd edib ki, “Hizbullah Amerikanın təkliflərini qətiyyətlə rədd etdi, çünki o, Fələstin xalqına torpaqlarını azad etməkdə kömək etmək istəyir və İsrail də Livana qarşı birbaşa təhdid hesab olunur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 2 =