Amerikanın İrana qarşı ittihamı düzgün deyil – Sionistlərin dini prinsiplərə sadiq olmaması

Amerikanın İrana qarşı ittihamı düzgün deyil – Sionistlərin dini prinsiplərə sadiq olmaması

 Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Sionist rejimin həzrət Məsihin mövludu ərəfəsində törətdiyi cinayətləri əks etdirən dəhşətli görüntülər yayılmışdır ki, bu da sionist rejimin səmavi, dini və beynəlxalq prinsiplərin heç birinə əməl etmədiyini göstərir.”

İRNA-nın xarici siyasət bölməsi üzrə müxbirinin məlumatına görə, Nasir Kənani bu gün – dekabrın 25-də – jurnalistlərlə keçirdiyi həftəlik mətbuat konfransında deyib: “Həzrət Məsihin doğulduğu yerdə xristianların fələstinlilərə həmdərdlik və həmrəylik ifadə etmək üçün bayram mərasimlərini keçirmədiklərini gördük. Çox təəssüf ki, sionist rejim Məsihin mövludu axşamı da öz cinayətlərindən əl çəkmədi.”

Kənani əlavə edib: “Onların bu gecə törətdikləri cinayətlərin dəhşətli görüntüləri yayılıb və bu görüntülərdə onların vəhşicəsinə bombardmanları zamanı Əl-Məğazi düşərgəsində eyni vaxtda 70-dən çox fələstinlinin öldürüldüyünü göstərir.
Bu cinayət bir daha sübut etdi ki, sionist rejim səmavi, dini və beynəlxalq prinsiplərin heç birinə əməl etmir.”

XİN sözçüsü qeyd edib ki, sionist rejimin cinayətlərinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin qətnamələrdən əlavə, Fələstin xalqının daha çox qətlə yetirilməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməsi zəruridir.

Kənani BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi qətnamənin bir daha ABŞ-ın sionist rejimə tam dəstək verdiyini göstərdiyini bəyan edərək deyib: “ABŞ-ın müxalifəti səbəbindən bu qətnamənin müddəalarında sionist rejimin Qəzzada törətdiyi cinayətlərin dərhal dayandırılması ilə bağlı heç bir bənd yer almayıb və Amerika buna mane olub.”

Mətbuat katibi bildirib: “Qətnamənin təsdiqlənməsində Amerika bitərəf qaldı. Halbuki, bu qətnamə Qəzzaya humanitar yardım göndərilməsinin mümkünlüyü üçün əsas rol oynayırdı. Amerika bir daha göstərdi ki, İsrailin tərəfindədir və Qəzzaya qarşı müharibənin bir hissəsi hesab olunur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − twelve =