Amerikanın Suriyanın şimal-şərqindəki hərbi bazasına hücum edilib

Amerikanın Suriyanın şimal-şərqindəki hərbi bazasına hücum edilib

ABŞ ordusu bazar ertəsi Suriyanın şimal-şərqindəki hərbi bazasına raket zərbəsi endirildiyini açıqlayıb.

İRNA-nın məlumatına görə, Amerika Mərkəzi Komandanlığı öz Twitter səhifəsində bu raket hücumunu təsdiqləyib və iddia edib: Bu hücum heç bir maddi itki və ya insan itkisinə səbəb olmayıb.

ABŞ-ın Suriyadakı hərbi bazaları zaman-zaman raket və dron hücumlarına məruz qalır.

Sonuncu dəfə Suriyanın şimal-şərqində yerləşən Deyrəz-Zur ətraflarında Amerika qüvvələrinin bazası raket hücumu ilə hədəfə alınıb.

2016-cı ilin dekabrında Suriyada Amerikanın hərbi qolu kimi İŞİD terror qruplaşmasının məğlubiyyəti ilə Amerika qüvvələri birbaşa olaraq bu qruplaşmanı əvəz etdi və İŞİD əvəzinə Suriya neftini məhz həmin vaxtdan çıxarmağa və oğurlamağa başladı.

Amerika qüvvələrinin işğalı altında olan ərazilər və Suriyanın Əl-Həsakə və digər şimal bölgələrində onların dəstəklədiyi “Suriya Demokratik Qüvvələri” (SDQ) kimi tanınan silahlı qruplaşmaların bu ərazilərin sakinlərinə qarşı terrorçuluğunun şahidi olub.

Suriya hökuməti dəfələrlə vurğulayıb ki, Suriyanın şərqində və şimal-şərqində bu silahlı birləşmələrin və amerikalıların nefti talamaqdan başqa, digər məqsədi yoxdur və onların mövcudluğu qanunsuzdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 11 =