Amnesty İnternational səudiyyəli şiə qadın fəalı dərhal azad etməyə çağırıb
Beynəlxalq Amnistiya Təşkilatı Səudiyyə rejimini bir neçə tvitinə görə 34 il həbs cəzasına məhkum edilmiş şiə fəal Səlmi Əş-Şahabı dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.
Beynəlxalq Amnistiya Təşkilatı öz Twitter səhifəsində bir daha Səlmi Əş-Şahabın Səudiyyə Ərəbistanında həbsinin ikinci ildönümündə dərhal azadlığa buraxılmasını tələb edib.
Bu təşkilat yazıb: Səudiyyəli fəal və doktorant Səlmi Əş-Şahabın qadın hüquqlarını müdafiə edən tvitlərinə görə həbs olunmasından 2 il ötür.
Beynəlxalq Amnistiya Təşkilatı Bu təşkiat Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizdən Səlminin dərhal və qeyd-şərtsiz azad edilməsini və cəzasının ləğvini istəyib.
34 yaşlı Salmi Əş-Şahab İngiltərədə yaşayan iki uşaq anası, diş həkimi və Lids Universitetinin doktorantıdır.
Səudiyyə rejimi onu 2021-ci ilin yanvarında istirahət üçün Səudiyyə Ərəbistanına qayıdanda həbs edib və təkadamlıq kameraya salıb.
2022-ci ilin aprelində məhkəmə Səlmiyə 6 il həbs cəzası verib və hökmdən apellyasiya şikayəti verdikdən sonra isə Səudiyyə Cinayət Məhkəməsi 9 avqust 2022-ci ildə cəzanı 34 ilə qədər uzadıb. Məhkəmə həmçinin Səlmiyə ölkədən çıxışına 34 illik qadağa qoyub.
2022-ci ilin avqustunda Səlmi şiə olduğu üçün hücuma məruz qaldığını və təhqir edildiyini söyləyib.