Amnesty International Türkiyənin Xaşeqçinin işini Səudiyyə Ərəbistanına təhvil vermək qərarından məyus olduğunu bildirib
Amnesty İnternational Ankaranın Camal Xaşeqçinin qətli ilə bağlı işin Səudiyyə Ərəbistanına təhvil verilməsi qərarını pisləyib.
Əl-Qudsul-Ərəbi qəzetinin məlumatına görə, Amnesty International-ın Baş katibi Annis Kalamar açıqlamasında belə deyib:
Bu gün Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülən tənqidçi səudiyyəli jurnalist Camal Xaşeqçi məsələsində üç ildən artıq ədalət uğrunda mübarizə aparanlar üçün qara gündür.
Türkiyə Xaşeqçinin cinayət işini Səudiyyə Ərəbistanına təhvil verməklə işi könüllü olaraq onun qətlinə görə məsuliyyət daşıyanlara ötürüb.
İstanbul prokuroru Xaşgecinin qətli ilə bağlı işin yekun olaraq bağlanmasını tələb etdikdən sonra, Türkiyənin Ədliyyə naziri işin təhvil verilməsinə müsbət rəy verəcəyini açıqlayıb.
Amnesty International deyib ki, Səudiyyə Ərəbistanı türk prokuroru ilə əməkdaşlıq etdiyini dəfələrlə inkar edib. Heç bir Səudiyyə məhkəməsinin ədaləti həyata keçirə bilməyəcəyi aydındır.