Amos Yadlin: İsrail daxildən dağılır

Amos Yadlin: İsrail daxildən dağılır

Sionist rejimin Daxili Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İsrailin daxildən dağıldığını etiraf edərək deyib: İsraili məhv etmək üçün Hizbullahın nöqtə atışı raketlərinə ehtiyac yoxdur!

Sionist rejimin Daxili Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri Amos Yadlin bu rejimin hazırkı vəziyyəti ilə bağlı təhlükə elan edərkən etiraf edib: Hizbullahın İsraili məhv etmək üçün nöqtə atışı raketlərə ehtiyacı yoxdur və biz daxildən məhv olmaqdayıq.

Yadlin sionist televiziyasının 12-ci kanalına müsahibəsində əlavə edib:

Nəsrullah oturub Hörümçək yuvası 2 haqqında danışır.

İsraillilər hökumətlə aralarındakı əlaqənin kəsildiyini düşünür, İsrail mənfi istiqamətdə irəliləyərkən öz yaxınlarını və həyatlarını itirdiklərini hiss edirlər.

O, Fələstin müqavimət əməliyyatlarının sionist köçkünlərin ictimai təfəkkürünə qoyduğu yüksək təsirinə toxunaraq vurğulayıb:

Fələstinlilərin əməliyyatlara həvəsi həmişə olub, lakin indiki vəziyyətdə biz fərqli fələstinli gəncləri müşahidə edirik. Bu gənc fələstinli nəsil səhərlər oyanır və silahları ilə meydana gəlir və bir çox hallarda onlar toqquşmalardan sonra həbs olunmur. Bunun aradan qaldırılması üçün heç bir sehrli həll yoxdur. Çünki İsrailin daxilindəki real təhlükəsizlik problemləri israillilərə göstərilmir.

O, siyasətçiləri və Benyamin Netanyahunun başçılıq etdiyi sionist rejimin yeni kabinetini sərt şəkildə tənqid edib və elan edib:

Biz indi kabinetdə İran və Hizbullah məsələsi ilə məşğul olmaq əvəzinə, qarşıdurmaları və parçalanmaları gücləndirən adamları görürük.

  Biz burada yanğını alovlandırmışıq, digər tərəfdən də fələstinlilərin dayandırılması lazım olan əməliyyatlar riski var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 3 =