ANAMA əməkdaşı Zəngilanda minaya düşüb
Dünən Zəngilanda mina partlayışı olub.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı günorta saat 15 darələrində rayonda minaya düşüb.
Partlayış nəticəsində agentliyin əməkdaşı, 1972-ci il təvəllüdlü Babayev Vaqif Əlizad oğlu müxtəlif xəsarətlər alıb. Yaralı helikopterlə Bakıdakı xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, V.Babayev uzun illər ANAMA-da çalışıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Apa