ANAMA vətəndaşlara müraciət edib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşlara müraciət edib.
ANAMA-dan BAKU.WS-ə daxil olan müraciətdə deyilir:
“ANAMA bir daha vətəndaşları işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsi səbəbindən nizam-intizamlı davranmağa və məsuliyyətli olmağa çağırır”.
Qeyd edək ki, bu gün yerli minatəmizləmə şirkətinin əməkdaşı 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu Füzuli rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
BAKU.WS