Anasından qorxduğu üçün burnuna girən qəpik 53 il orada qaldı

Anasından qorxduğu üçün burnuna girən qəpik 53 il orada qaldı

Rusiyanın Zelenoqrad bölgəsində Konçalovski klinik xəstəxanasında 53 ildir burnunda qəpik olan kişi əməliyyat olunub.

Bu barədə “Meduza” məlumat yayıb.

Kişi xəstəxanaya müraciət edərək nəfəs almaqda çətinlik çəkdiyini qeyd edib. Kompyuter tomoqrafiyası nəticəsində kişinin burnunda dairəvi cisim aşkarlanıb.

Pasiyent bu zaman altı yaşında olarkən baş vermiş hadisəni xatırlayıb. O, uşaq ikən qəpiyi burnuna salıb və sonradan anasından qorxaraq hadisəni gizlədib. Nəticədə həmin qəpik 53 il sonra əməliyyatla çıxarılıb.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 18 =