Anım mərasimində çıxışı zamanı Naftali Bennett fitə basılıb və təhqirlərə məruz qalıb

Anım mərasimində çıxışı zamanı Naftali Bennett fitə basılıb və təhqirlərə məruz qalıb

Sionist rejimin Baş naziri mərasimdə çıxışı zamanı orada olanlar tərəfindən fitə basılıb və təhqirlərə məruz qalıb.

İsrailin Baş naziri Naftali Bennettin çıxışında iştirak edən sionist hərbçil qurbanlarının ailələri onu fitə basıb və təhqir edib.

Yedioth Ahronoth qəzetinin məlumatına görə, Bennet çərşənbə günü sionist əsgərlərin dəfn olunduğu qəbiristanlıqlardan birində çıxış edib. O, iştirakçılar tərəfindən təhqirlə üzləşib.

Çıxışda iştirak edənlər İsrail baş nazirinin ünvanına qışqırmaqla yanaşı, “satqın”, “ar olsun sənə”, “səsini kəs”, “rədd ol” kimi nalayiq sözlər işlədib və onun çıxışını yarımçıq kəsiblər.

etirazçılar təhlükəsizlik qüvvələri tərəfindən təxliyə edildikdə, tədbiri təşkil edən təşkilatın direktoru, Bennetdən ədəbsiz hərəkətlərə görə üzr istəyib. Lakin etirazçılardan biri “xeyr,biz peşman deyilik” – deyə qışqırıb.

Bundan əvvəl İsrailin Baş nazirinin Vaşinqtona anti-İran səfəri və ABŞ Prezidenti ilə görüşü Ben Qurion hava limanında aviaşirkət işçilərinin etirazları səbəbindən təxirə salınmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 18 =