Antalyada inanılmaz anlar-Sürücü panikaya düşdü, maşın birbaşa mətbəxə girdi! (Video İzlə)
Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Antalyada qeyri-adi yol qəzası baş verib. İddiaya görə, narkotik təsiri altında olan sürücü avtomobildə huşsuz vəziyyətdə olarkən polis əməkdaşlarını görüb və panikaya düşərək qaz pedalına basıb. İdarəetməni itirən avtomobil əvvəlcə park halında olan digər nəqliyyat vasitəsinə çırpılıb, daha sonra tam nəzarətsiz şəkildə 3 metr aşağıya düşərək bir evin mətbəxinə daxil olub. Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, qəzanın görüntüləri sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Hüquq-mühafizə orqanları məsələyə aydınlıq gətirmək üçün araşdırmalara başlayıb. Gələn yeni məlumatları təqdim etməyə davam edəcəyik.