Antarktidada 5 milyon illik “ZAMAN KAPSULU” tapıldı

Antarktidada 5 milyon illik “ZAMAN KAPSULU” tapıldı

Publika.az xəbər verir ki, alimlərin araşdırmaları “The Cryosphere” jurnalında dərc olunub.

Onlar sıxılmış qar təbəqələrindən ibarət silindrik sütunlar şəklində buz nümunəsidir. Bundan əlavə, nüvələrdə kristal daxilolmalar (toz, his və ya vulkanik kül) və hava qabarcıqları var. Alimlər onlardan keçmiş illərin iqlim şəraiti haqqında xronika kimi istifadə edirlər.

Aşkar edilmiş nüvənin uzunluğu 9,5 metrə çatır. Alimlər kosmik şüaların Yer atmosferi ilə toqquşması zamanı əmələ gələn kvars dənələrində berilium-10, neon-21 və alüminium-26 radioaktiv izotoplarının miqdarını ölçüblər. Məlum olub ki, nüvənin yuxarı hissəsinin yaşı təxminən 3 milyon, aşağı hissəsinin isə 5 milyon ildir.

Tədqiqatçıların fikrincə, nüvələrin tədqiqi antropogen qlobal istiləşmənin nəticələrini proqnozlaşdırmağa kömək edəcək.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 4 =