Antonov: Sanksiya çağırışlarının arxasında ABŞ-ın Rusiyaya təsir cəhdi dayanır
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov belə hesab edir ki, Ukraynaya qarşı “təcavüz” halında Rusiyaya qarşı misilsiz sərt sanksiyaların tətbiqi ilə bağlı Kapitoli çağırışlarının arxasında Avropa təhlükəsizliyi ilə danışıqlar fonunda Kremlə təsir etmək cəhdi var.
SalamNews xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Belə bir təəssürat yaranır ki, amerikalı siyasətçilər KİV-lər vasitəsilə “Rusiyanın Ukraynaya qaçılmaz işğalı” mifini ortaya atıblar.İndi isə bu fobiyalarına qalib gəlməyə çalışırlar.
Antonov bildirib ki, belə bir təzyiq altında ABŞ-ın danışıqlar masasında öz nöqteyi-nəzərini əsaslı şəkildə müdafiə edə bilmədiyini görürük.
SalamNews. org