AP üzvü: “Dünya Yəməndə humanitar fəlakətdən danışmağa cəsarət etmir”

AP üzvü: “Dünya Yəməndə humanitar fəlakətdən danışmağa cəsarət etmir”

Avropa Parlamentinin irlandiyalı üzvü Mayk Vallas Tvitteri Yəmən Xarici İşlər Nazirliyinin hesabını bağladığına görə tənqid edərək, dünyanın Yəməndəki humanitar fəlakətdən danışmağa cəsarət etmədiyini və bunun sözsüz müharibə olduğunu yazıb.

Deyerler.org xəbər verir ki, Mayk Vallas Tvitter üzərindən verdiyi reaksiyasında bunları qeyd edib: “Dünyadakı ən pis humanitar fəlakət Yəməndə baş verir, lakin yalnız Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirlikləri bundan (bu böhrandan) faydalanır, onlar ABŞ və Avropa İttifaqının iştirakı ilə soyqırım törətməkdədirlər.

Dünya bu adı (Yəmənin humanitar fəlakəti) xatırlatmağa cəsarət etmir. Bu, danışmaq mümkün olmayan bir müharibədir və hətta böyük texnoloji şirkətlər də susmağa çağırırlar”.

2015-ci ilin aprelindən etibarən Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya Yəmənin istefa verərək qaçmış xain eks-prezidenti Əbdür Rabbu Mansur Hadinin iqtidarını bərpa etmək üçün ağır hava, quru və dəniz hücumları ilə kasıb Yəmən ölkəsini hədəfə alır.

Bu hücumlar Yəmənin infrastrukturunun məhv olmasına və bu yoxsul ərəb ölkəsində yoxsulluğun, işsizliyin və yoluxucu xəstəliklərin yayılmasına səbəb olub.

BMT mütəxəssisləri Yəməni dünyanın ən böyük humanitar böhranının baş verdiyi ölkə kimi xarakterizə edirlər. Yəmən əhalisinin 75%-ni təşkil edən 22 milyon insanın humanitar yardım və dəstəyə ehtiyacı var. Bunlardan 8.4 milyonu növbəti yeməklərinin haradan gələcəyini bilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 16 =