Aqil o kəsdir ki, həvəsinə itaətsizlik edər, Allaha itaət edər
Həvayi-nəfsin istəkləri və şəhvət – insanın heyvani hissləridir ki, onu daima günaha tərəfə sürükləyər. Ancaq əgər insan ağlını gücləndirər və inkişaf etdirərsə, şəhvətə qalib gələr və günah qapılarını bağlayar.
İmam Əli (ə) buyurur: “Aqil o kəsdir ki, nəfsani istəklərdən uzaq olar”.
Ona görə də aqil o kəsdir ki, şəhvətdən uzaq olan yolu seçər və nəfsani istəklərinə müsbət cavab verməz. Əgər ağıl yaxşı dərk edərsə, öz-özünə şəhvətdən uzaqlaşar. Onu heyvani sifət bilər və ondan çəkinər.
İmam Əli (ə) buyurur: “Nə zaman ağıl kamala çatar – həvəslər azalar”.
Həzrət Əli (ə) buyurur: “Hər kimin ağlı kamil olar – heyvani şəhvətə qarşı etinasız olar”.
İmam Əli (ə) buyurur: “Ağıl – başın ucalıq mənbəyi, insanın zahiri və batini gözəlliyidir. Ağıl, bütün çirkinlikləri insandan uzaqlaşdırar”.
“Aqil o kəsdir ki, həvəsinə itaətsizlik edər, Allaha itaət edər”.
İmam Əli (ə) buyurur: “Ağlın aşıb-daşan gücü insanı pis işlərdən çəkindirər”.
“O kəs ki, ağlını nəfsani istəklərindən üstün bilər – işləri düzgün və gözəl olar”.
İmam Əli (ə) buyurur: “Aqil o insandır ki, günahlardan çəkinər. Özünü eyiblərdən pak edər”.
Bu hədislərdən də göründüyü kimi, insan əgər ağlını inkişaf etdirərsə və dərk qüvvəsini gücləndirərsə heyvani hisslərdən uzaqlaşa bilər. (Beytutə)
/Deyerler.org/