Aqnes Kallamard: Bin Salmana qarşı sanksiya tətbiq edilməlidir

Aqnes Kallamard: Bin Salmana qarşı sanksiya tətbiq edilməlidir

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının xüsusi məruzəçisi Aqnes Kallamard, Səudiyyə jurnalisti olan Camal Qaşıqçının qətlinə əmr verdiyi üçün ABŞ-ın Səudiyyə vəliəhdi Məhəmməd bin Salmana qarşı sanksiyalar tətbiq etməməsinə reaksiya verib.

Kallamard bazar ertəsi axşamı ABŞ-ın Səudiyyə vəliəhdinin Qaşıqçıya qarşı sui-qəsd göstərişi verdiyini təsdiqləməsinə baxmayaraq, ona qarşı heç bir tədbir görməməsinin “çox təhlükəli”  olduğunu söyləyib.

O, Cenevrədə bir mətbuat konfransında çıxış edərək, Məhəmməd Bin Salmana qarşı sanksiyaların tətbiq edilməsinə, xaricdəki mülklərinin müsadirə olunmasına və onunla beynəlxalq əlaqələrin məhdudlaşdırılmasına çağırıb.

BMT rəsmisi, ABŞ kəşfiyyatının Qaşıqçının qətlinə dair hesabatını şərh edərkən bildirib: “Bu hesabatda göstərilənlər həqiqətən çox az və məyusedicidir və mən Bin Salmanın bu cinayətdəki rolundan daha çox dəlil aşkar olacağını gözləyirdim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 5 =