Araik Moskvaya gedir: Paşinyan “özünüzü xilas edin” deyib

Araik Moskvaya gedir: Paşinyan “özünüzü xilas edin” deyib



Publika.az 
xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” nəşri yazıb.

Nəşr qeyd edir ki, Araik Arutyunyanın İrəvanda Paşinyanla görüşü ürəkaçan olmayıb.

“Ermənistanın baş naziri Arutyunyana açıq mətnlə bildirib ki, o, artıq “arsax”la bağlı heç nə edə bilməz. Ümumiyyətlə, son vaxtlar Ermənistan hakimiyyəti “arsax” məsələsinə görə cavabdehin separatçı-terrorçular və Rusiya olduğunu qeyd edirlər. Paşinyanla görüşdən sonra Xankəndində ciddi təşviş yaranıb, onlar kimə üz tutacaqlarını bilmirlər. Mənbələrimizin məlumatına görə, “arsax”dakılar Rusiya rəhbərliyi ilə görüşmək üçün yaxın günlərdə Moskvaya getməyə hazırlaşırlar”, – nəşr yazır.

Səfərin məqsədi separatçı-terrorçu rejimin taleyinin müəyyən edilməsidir.

Nəşrə danışan mənbə iddia edib ki, Rusiya səfəri zamanı separatçıların “başçısı” Araik və “nümayəndə heyətinin” Putinlə görüşmək ehtimalı da var.

Hərçənd, Rusiya prezidentinin separatçıları qəbul etmək ehtimalı inandırıcı deyil, çünki bunun baş verməsi Moskvanın Bakı ilə münasibətlərinə ciddi zərbə olacaq və Kreml xüsusilə indiki məqamda buna getməz. Araik və başının dəstəsi mümkün Moskva səfərində Rusiya xüsusi xidmət orqanlarında görüşlər keçirə bilər. Belə görüşlər bundan öncə də baş vermişdi.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 4 =