Arayik Aratunyan: “Şuşa yolundan 150 erməni əsgərinin cəsədini topladıq”
Erməni əsgərlərinin cəsədləri Xankəndi şəhərinin stadionunda qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə işğal altında olan Qarabağdakı separatçı rejimin başçısı Arayik Aratunyan “Facebook” sosial şəbəkəsindəki hesabında yazıb.
Separatçıların başçısı qeyd edib ki, bugünlərdə Şuşa yolundan 150 erməni əsgərinin cəsədini topladıq və onlar hazırda Xankəndi şəhərinin stadionunda saxlanılır.
Arayik Aratunyan bildirib ki, yüzlərlə cəsəd hələ də döyüş meydanındadır, qohumları və bütün xalqı qeyri-müəyyənlik və ağrı içində gözləyirlər.