Arayik-Vardanyan savaşı açıq müstəviyə keçir

Arayik-Vardanyan savaşı açıq müstəviyə keçir

Xankəndidəki separatçı rejimin daxilində siyasi çatlar artmaqdadır. Belə ki, qondarma hökumətin media resursları bir neçə ay bundan öncə təyin olunmuş Ruben Vardanyanın tezliklə istefa verəcəyi barədə məlumatlar paylaşdılar. Bir gün sonra isə qondarma dövlət naziori bu xəbərləri təkzib edərək, postunu tərk etmək fikrində olmadığını bildirib.

Daha sonra bildirilidi ki, separatçılar dırnaqarası Təhlükəsizlik Şurasının iclasını keçiriblər və iclasda müəyyən razılıqlar əldə ediblər. Yanvarın 16-da Arayik Arutyunyan dırnaqarası Qarabağ Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Aşot Akopjanyanı qovub və əvəzinə bir həftə əvvəl dırnaqarası Qarabağ Təhlükəsizlik Şurasına təyin olunmuş Ararat Melkumyan gətirilib.

Üstəlik, separatçıların rəhbərliyinin nəzarətində olan informasiya resursları Qarabağda növbədənkənar dırnaqarası parlament və prezident seçkilərinin keçirilməsinin mümkünlüyü barədə məlumat yaydılar. Qondarma parlamentin spikeri Artur Tovmasyan da prezident seçilmək iddiasında olduğunu elan etdi. Görünür, rejim daxilində narazılıq Araik və Rubenyan arasında deyil. Ya da ki, spiker qurumun Araiklə Rubenyan arasında paylaşılmasına qarşıdır. Yəni separatçıların düşərgəsində ciddi ziddiyyətlər var. Maraqlıdır ki, bu proseslər Ermənistanın baş naziri Paşinyanın hökumət iclasında Qarabağdakı separatçıları rəsmi Bakı ilə “münasibətləri danışıqlarla həll edin, vəziyyəti gərginləşdirməyin” çağırışından sonra baş verdi.

Bu həm də ondan xəbər verir ki, qondarma qurumdakılar rəsmi İrəvanın çağırışlarını qəbul etməsələr, baş verə biləcəklərə özləri məsuliyyət daşıyacaqlar. Bundan başqa, İrəvanın digər rəsmisi parlamentin spikeri Alen Simonyan da jurnalistlərə “Ermənistan Stepanakertin əvəzində danışlar etməyəcək, özləri bu işi görsünlər” demişdi.

Maraqlıdır ki, baş verənlərin fonunda erməni mediası Arayik Arutyunyanın Bakı ilə danışıqlarda daha fəal olduğunu yazır və prosesin separatçıların əleyhinə başlamasını Ruben Vardanyanın gəlişindən sonra ilə izah edirlər. Bəs görəsən, Xankəndidəki rejimin daxilində siyasi gərginlik və qondarma hökumətdəki çatlar nədən xəbər verir? Bu proseslərin arxasında nələrin dayandığı yaxın gələcəkdə gün üzünə çıxacaq.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 2 =