Arda Turan maaşını aldı – aldığı şey sosial mediada gündəm oldu!

Arda Turan maaşını aldı – aldığı şey sosial mediada gündəm oldu!

Ukraynanın Şaxtyor Donetsk komandasının baş məşqçisi vəzifəsinə gətirilən Arda Turanın ilk maaşı ilə özünə 60 min avro (təxminən 2 milyon 865 min lirə) dəyərində qol saatı aldığı məlum olub.

Xəbərə görə, saat brilliant daşlarla bəzədilmiş, ağ qızıldan hazırlanıb və “prezidentlərin saatı” kimi tanınır.

Takvim qəzetindən Şerif Ercanın xəbərinə əsasən, Arda Turan Şaxtyor Donetskdən illik 2 milyon avro maaş alacaq.

Bildirilib ki, Turanın saat kolleksiyasında, 1960-1970-ci illər arasında istehsal olunmuş və məhdud sayda mövcud olan, məşhur aktyor Pol Nyumanın taxdığı və onun adını daşıyan bir saat da yer alır. Həmin saatın dəyərinin 1 milyon 200 min avro olduğu qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × four =