Argentinada illik inflyasiya 1991-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Argentinada 2022-ci ilin sonunda inflyasiya 94,8% təşkil edib ki, bu da 1991-ci ildən bəri ən yüksək göstəricidir.
“Report” xəbər verir ki, bu barədə ölkənin Statistika və Siyahıyaalma İnstitutunun dərc etdiyi məlumatda deyilir.
Qeyd olunub ki, 2022-ci ilin dekabr ayında istehlak qiymətləri indeksinin ümumi səviyyəsi 5,1% artıb, 12 ay ərzində məcmu artım 94,8% təşkil edib.
Hesabatı tərtib edənlərin fikrincə, dekabrda restoran və mehmanxanaların xidmətlərinin qiymətləri ən çox – 7,2%, spirtli içkilər və tütün məmulatları 7,1% artıb. Məhsullar isə 4,7% bahalaşıb.
Argentina artıq bir neçə ildir ki, inflyasiyanın ən yüksək olduğu ölkələr sırasındadır. 2021-ci ilin sonunda inflyasiya 50,9%, 2020-ci ildə 36,1%, 2019-cu ildə 53,8%, 2018-ci ildə 47,6% təşkil edib.
Report.az