Argentinada yeni dinozavr növünün qalıqları tapılıb

Argentinada yeni dinozavr növünün qalıqları tapılıb

Argentinalı paleontoloqlar planetdə 70 milyon il əvvəl yaşamış kiçik dinozavrların yeni növünü aşkar ediblər.

“Report” xəbər verir ki, bu barədə Argentinanın Milli Elmi və Texniki Tədqiqatlar Şurası (CONICET) məlumat yayıb.

CONICET-in alimləri yeni dinozavr növünün qalıqlarını Heneral-Roka şəhərindən cənubunda yerləşən Salitral-Moreno yaşayış məntəqəsi yaxınlığında tapıblar. 2-3 metr uzunluğa malik bu dinozavrlar təxminən 70 milyon il əvvəl, yəni Təbaşir dövrünün sonunda Argentina Pataqoniyasında yaşayıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − sixteen =