Arizonada atışma baş verib, ölənlər var

Arizonada atışma baş verib, ölənlər var

ABŞ-ın Arizona ştatındakı Tukson şəhərində baş verən atışma nəticəsində azı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb. Bu barədə “ABC” telekanalı yerli polis idarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla bazar günü saat 15:45 radələrində baş verib. Tibbi heyət təfərrüatları açıqlanmayan hadisə nəticəsində zərərçəkmişlərə kömək edirmiş. Bu anda maşından düşən naməlum şəxs təcili yardım maşınına atəş açıb.

Təcili yardım maşını sürücüsünün vəziyyəti ağırdır, tibb işçisinin vəziyyətinin stabil olduğu bildirilir. 

Şübhəli şəxs polis məmuruna müqavimət göstərərkən yaralanıb və ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 4 =