“Arsenal” – “Çelsi” oyunu təxirə salınıb

“Arsenal” – “Çelsi” oyunu təxirə salınıb

İngiltərə Premyer Liqasının XXXIV turunun “Arsenal” – “Çelsi” oyunu təxirə salınıb.

“Report” çempionatın rəsmi saytına istinadən xəbər verir ki, buna London polisinin müraciəti səbəb olub.

Qərara əsasən, aprelin 29-da keçirilməli olan qarşılaşma mayın 2-də oynanılacaq.

Qeyd edək ki, “Arsenal” aprelin 26-da “Mançester Siti” ilə qarşılaşacaq. Bu isə o deməkdir ki, “topçular”ın “Çelsi” ilə görüşə hazırlaşmaq üçün 5 gün vaxtı olacaq.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − 4 =