“Arsenal”ın keçmiş futbolçusu cinsi təcavüzdə ittiham olunur

“Arsenal”ın keçmiş futbolçusu cinsi təcavüzdə ittiham olunur

“Arsenal”ın keçmiş futbolçusu Tomas Partey 6 fərqli cinsi təcavüz faktı ilə ittiham olunur.

Oxu.Az xəbər verir ki, bu barədə BBC London polisinə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətlər 2021-2022-ci illər arasında qeydə alınıb. İttihamlar üç qadına aiddir.

Qeyd edək ki, 2020-ci ildən “Arsenal”da çıxış edən 32 yaşlı Parteyin London klubu ilə müqaviləsi iyunun 30-da başa çatıb.

Qanalı yarımmüdafiəçi “Atletiko Madrid”, “Malyorka” və “Almeriya”da da çıxış edib. O, Qana millisində 53 oyun keçirib və 15 qol vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =