Arsrun Ovannisyana hücum olub

Arsrun Ovannisyana hücum olub

Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Arsrun Ovannisyana naməlum şəxslər hücum edib.

Az.shafaqna.com “Novosti Armeniya”-ya istinadən xəbər verir ki, bunu Ovannisyan feysbuk səhifəsində yazıb.

“Dünən axşam saatlarında iki nəfər mənə hücum etdi. Özümü müdafiə edə bildim”, – keçmiş sözçü yazıb.

O, hədələndiyini və izləndiyini də bildirib.

Qeyd edək ki, Ovannisyan 44 günlük döyüşlərin gedişi barədə axşam saatlarında birbaşa efirdə rəsmi məlumatları çatdırıb. Ermənistanın məğlubiyyətindən sonra istefa verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + 5 =