Artilleriya və tanklar daşıyan Türkiyəyə məxsus avtomobil karvanı Suriyaya girdi
Siziynyol xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə ordusunun tank və ağır artilleriya daşıyan 100 maşından ibarət karvanı İdlibin “Cəbəl əz-Zaviyə” bölgəsinə doğru hərəkət edib.
Oktyabrın 24-də Türkiyə hərbi konvoyu İdlibin şimalındakı bir ərazidən keçərkən pusquya düşmüş və konvoyun ən azı bir zirehli maşını məhv edilmişdi.
İdlibdəki terror qruplarının əksəriyyəti Türkiyə tərəfindən maliyyələşdirilsə və silahlandırılsa da, bəzi qruplar bir-biri ilə rəqabət apardıqları üçün hələ də Türkiyəyə qarşı terror əməliyyatları həyata keçirirlər.