Arvadının boğazını kəsdi – KƏNDDƏ DƏHŞƏTLİ QƏTL
Tovuz rayonunda qətl hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.
Əlibəyli kənd sakini, 30 yaşlı Nicat Əhmədov həyat yoldaşı Nuranə Əhmədovanın boğazını kəsərək qətlə yetirib.
DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, qətli törədən şəxsi Tovuz rayon Polis Şöbəsinin əməkdaşları saxlayıb.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb.
Lent.az