Arxayınlaşmaq yoluxma sayında çoxalmaya səbəb olur – İnfeksionist

Arxayınlaşmaq yoluxma sayında çoxalmaya səbəb olur – İnfeksionist

Pandemiyanın ilkin dövrləri ilə müqayisədə Azərbaycanda maska istehlakı da azalıb. Vətəndaşların bir maskadan uzun müddət istifadə etməsi yoluxma sayına təsir edən amillərdəndir.

Bu barədə açıqlama verən TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Süleyman Kamilov ölkədə maska sayının kifayət qədər olduğunu, lakin insanların ondan istifadəni unutduqlarını bildirib:

“Bu bir neçə həftə öncə xəstə sayının azalmasından qaynaqlanır. İnsanlar arxayınlaşdıqları üçün maskaya da tələbat azalıb. Kütləvi toplaşmalar zamanı maskadan mütləq qaydada istifadə olunmalı, gigiyena qaydalarına riayət edilməlidir. Maskaların davamlı şəkildə istifadə müddəti 2-3 saatdır. Bundan artıq istifadə edildikdə artıq onun virusdan qoruyuculuq qabiliyyəti itir. Həmçinin maskanı tez-tez çıxarıb taxmaq, əzmək, cibdə saxlamaq da onun keyfiyyətini aşağı salır. Maska təmiz yerdə saxlanılmalı, qeyd edilən müddətdən artıq istifadə edilməməlidir”.

Mütəxəssis onu da qeyd edib ki, bu gün cəmiyyət arasında vaksinasiya prosesində aktivliyin aşağı düşməsi, peyvəndlənmə haqqında müxtəlif şayiələr gəzir. Bunların heç biri həqiqətə uyğun deyil:

“Unutmamalıyıq ki, virus hələ məhv olmayıb və pandemiya tamamilə bitməyib. Yoluxma sayında azalmaların olduğunu görüb, arxayınlaşmaq rəqəmlərin artımında müsbət dinamikaya səbəb olur”.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + 10 =