“Aş-Şabab” terrorçuları Somalidə bir şəhəri ələ keçirdi

“Aş-Şabab” terrorçuları Somalidə bir şəhəri ələ keçirdi

 “Aş-Şabab” terror qruplaşmasının yaraqlıları Somalinin mərkəzi hissəsində yerləşən Balad şəhərini ələ keçirib.

“Qafqazinfo” Somalinin “Garowe” portalına istinadən xəbər verir ki, yaraqlılar bir neçə hücumdan sonra şəhər üzərində nəzarəti ələ keçirə bilib.

Xirşabelle ştatında yerləşən bu şəhərdə hazırda nə baş verdiyi məlum deyil. 

“Aş-Şabab” terrorçuları bu yaxınlarda Qalmuduq ştatının bir neçə şəhərini də ələ keçirib.

Qeyd edək ki, “Aş-Şabab” qruplaşması 2004-cü ildə Somalidə peyda olub. Qruplaşmanın yaraqlıları 2008-ci ildən etibarən partlayış və hücumlar həyata keçirirlər. Qruplaşmanın 7000 döyüşçüsünün olduğu bildirilir.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − four =