Asaib Əhl Əl-Həqq: İraq müqavimətinin amerikalıların çıxarılması barədə qərarı qətidir
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraqdakı “Asaeb Əhl Əl-Həqq” hərəkatının sözçüsü Cavad Əl-Tələbavi, ABŞ-ın bu ölkədə hərbi mövcudluğunu qorumaq üçün göstərdiyi səylərinə reaksiya verib.
Məlumata görə, o, bununla bağlı deyib: “ABŞ-ın İraqda bundan artıq qalma səyləri bizim fikrimizcə tamamilə qəbuledilməzdir. İraq müqavimətinin amerikalıların İraq ərazisindən çıxarılması barədə qərarı olduqca qətidir.”
“Asaib Əhl Əl-Həqq” hərəkatının sözçüsü əlavə edib: “Müqavimət, ABŞ-ın İraqdakı işğalı sona yetənədək davam edəcəkdir. ABŞ-ın İraqdakı hərbi bazaları bağlanmayana qədər işğalçılara qarşı müqavimət əməliyyatları dayanmayacaqdır.”
Bundan öncə İraq “Hizbullah” ordusunun sözçüsü Cəfər Əl-Hüseyni belə söyləmişdir: “Bizim fikrimizcə, Vaşinqtonla strateji danışıqlar dəyərsizdir. Bu danışıqlar nəticədə heç bir fayda verməyəcəkdir.”
Əl-Hüseyni bildirmişdir ki, İraq xalqı və parlament üzvləri amerikalılara qarşı qərarlarını çoxdan veriblər. Onlar Amerika işğalçılarının öz torpaqlarında qalmalarına müxalifdirlər.