Asaibu Əhlil-Həqq Baş katibinin İraqın İŞİD üzərində qələbəsinin üçüncü ildönümü ilə bağlı istəyi
Sizinyol xarici mediaya istinadən xəbər verir:
İraqdakı Asaibu Əhlil-Həqq hərəkatının Baş katibi İŞİD üzərində qələbənin üçüncü ildönümündə Həşdi Şəbi səfərbərlik təşkilatının vahid gücünü siyasi gərginliklərdən uzaq tutmağa çağırdı.
Qeys Əl-Xəzəli 10 dekabr, Cümə axşamı günü Həşdi Şəbi vahid qüvvələrini siyasi qarşıdurmalar və gərginliklərdən uzaq tutmağa çağırdı.
İraqın “Nas News” xəbər saytının verdiyi məlumata görə, Əl-Xəzəli “Yəvmun-Nəsr” (İraqın İŞİD üzərində qələbəsinin və Mosul şəhərinin azad edilməsinin ildönümü) münasibətilə dedi:
Zəfər günlər, adamlar və meydan tələb edir və təkfirçi İŞİD qrupu üzərində zəfərin də iraqlı qəhrəmanları var idi. Onların və himayədarlarınını məğlubiyyət günü iraqlılar siyasi gərginlik və qarşıdurmalardan uzaq olmalıdırlar.
İraq Birgə Əməliyyat Komandanlığı da bu gün İŞİD üzərində qələbənin elan edilməsinin və işğal olunmuş ərazilərin terror qruplaşmasından geri alınmasının üçüncü ildönümü münasibətilə bir bəyanat yayıb. Bəyanatda terrorizm üzərində qələbədə İraqın ən pis şərtlərdə belə möcüzə yaratdığı və bunu bütün dünyaya sübut etdiyi bildirilib.