AŞPA Navalnının iyunun 7-dək azadlığa buraxılmasını tələb edə bilər
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Aleksey Navalnının iyunun 7-dək həbsdən azad edilməsinə və ona müvafiq tibbi yardım göstərilməsinə çağırır. Bu barədə “TASS” müxbirinin əldə etdiyi AŞPA qətnamə layihəsində deyilir.
Məlumata görə, layihənin 2 gun sonra səsverməyə qoyulacağı gözlənilir.
“Assambleya Rusiyanı, Avropa Şurası Nazirlər Komitəsinin iyun ayında insan hüquqlarına riayət olunması ilə bağlı keçiriləcək növbəti iclasından əvvəl Navalnını dərhal azadlığa buraxmağa çağırır”, fransalı millət vəkili Jak Mer tərəfindən hazırlanan qətnamənin bəndlərindən birində deyilir.
Avropa Şurasının veb saytındakı cədvələ əsasən, iclas 7-9 iyun tarixlərinə planlaşdırılıb.
Salamnews